27 mart 2026-cı il tarixində Ankarada TOTBİD-in baş ofisində AOC və TOTBİD (Türkiyə Ortopediya və Travmatologiya Dərnəyi) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum AOC sədri Aydın Qəhrəmanov və TOTBİD sədri Öndər Kalenderer tərəfindən imzalanıb.
Bundan sonra AOC və TOTBİD birlikdə seminarlar, kurslar, konfranslar və digər elmi tədbirlər keçirəcək, həmçinin birgə elmi tədqiqatlar aparacaq. Memoranduma əsasən, AOC Azərbaycanda, TOTBİD isə Türkiyədə, travmatologiya və ortopediya sahəsində tək və səlahiyyətli rəsmi təşkilat kimi tanınacaqdır.
Hamımız üçün xeyirli və uğurlu olsun!












