ÖN SÖZ
Hörmətli həmkarlar
Azərbaycan Ortopedlər cəmiyyətinin sədri seçilmək mənim üçün böyük bir şərəf və məsuliyyətdir. Göstərdiyiniz etimada görə təşəkkür edirəm. Travmatologiya və ortopediya bizim üçün bir ixtisas deyil, insanların sağlamlığına və həyat keyfiyyətinə xidmət edən şərəfli bir missiyadır.
Hörmətli həmkarlar. Bizdən əvvəlki AOC rəhbərliyi konfranslar təşkil etmiş və ölkəmizdə travmatologiya və ortopediyanın inkişafına böyük dəstək veriblər. Çalışacağıq ki təcrübəmizi, biliyimizi, elmi nailiyyətlərimizi cəmiyyətimizin daha da inkişaf etməsi üçün sərf edərək, beynəlxalq əlaqələrimizi genişləndirərək, Azərbaycan travmatoloq və ortopedlərin xüsusən də gənc mütəxəssisləri yetişməsinə töhfə verək. Peşəkar həmrəyliyimizin gücləndirilməsi, keyfiyyətli elmi-praktik kursların, konfransların təşkil edilməsi və beləliklə həm nəzəri həm praktiki biliklərimizin artması prioritet məqsədlərimizdəndir.
Cəmiyyətin hər bir üzvünün dəstəyinə, təşəbbüskarlığına güvənərək əminəm ki birlikdə böyük uğurlara imza atacağıq.
Aydın Qəhrəmanov
İDARƏ HEYƏTİ ÜZVLƏRİ
Dr. Aydın Qəhrəmanov
Sədr
Dr. Kamil Eyvazov
Sədri müavini
Dr. Elçin Orucov
Katib
Dr. Eldar Abbasov
Dr. Cəfər Nəsirli
Dr. Ayaz Hümbətov
Dr. Rəşad Zeynalov