Azərbaycan Travmatologiya və Ortopediya Cəmiyyəti beynəlxalq peşəkar təşkilatlarla əməkdaşlığın inkişafına xüsusi önəm verir. Cəmiyyət xarici ölkələrin travmatologiya və ortopediya cəmiyyətləri, elmi-tədqiqat institutları və tibbi qurumları ilə əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.