Prof.Cavad Pərvizi konfransı, Artroplastikanın aktual problemləri

17 may Marriott Boulevard oteldə AOC və Acıbadəm sağlıq qrupunun birgə təşkil etdiyi “Artroplastikanın aktual problemləri” mövzusunda konfransımız 100 qədər iştirakçı ilə baş tutdu. Yerli mütəxəsislərlə bərabər Acıbadəm Beynəlxalq Oynaq mərkəzinin ortopedləri başda  dünyaca məşhur Prof.Cavad Pərvizi, Prof.İbrahim Tuncay, Prof.Murat Bozkurt və Prof. Korhan Özkan öz bilik və təcrübələri ilə Azərbaycan ortopedləri ilə bölüşdü. Konfrans məruzələrlə bərabər çətin xəstə müzakirələri və marqlı debatlar ilə zəngin idi.  İdarə heyətimizin qərarı ilə məşhur qonaqlarımız Prof.Cavad Pərvizi, Prof.İbrahim Tuncay, Prof.Murat Bozkurt və Prof. Korhan Özkan cəmiyyətimizin fəxri üzvləri seçildilər və onlara AOC fəxri medalları təqdim edildi. AOC digər qərarı ilə Prof.Eldar Abbasova artroplastika sahəsində verdiyi böyük əməyə görə cəmiyyətin fəxri medalı təqdim edildi.