Hörmətli həmkarlar,
Sizi Azərbaycan Ortopediya Cəmiyyəti ( AOC ) və Türk Ortopediya və Travmatologiya Birliyinin ( TOTBİD ) birgə təşkilatçılığı ilə 3–6 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “ TÜRKDDİLLİ ÖLKƏLƏRİN ORTOPED VƏ TRAVMATOLOQLARIN
Beynəlxalq Konqresində iştirak etməyə dəvət edirik.
Konqres 6 türkdilli ölkələrdən toplam 500-dən artıq iştirakçının, həmçinin müxtəlif xarici ölkələrdən (Almaniya, ABŞ, Rusiya, Makedoniya və s) olan çoxsaylı tanınmış mütəxəssislərin və məruzəçilərin iştirakı ilə təşkil olunacaqdır. Tədbir çərçivəsində iki gün ərzində eynizamanlı fəaliyyət göstərəcək iki zalda travmatologiya və ortopediyanın bütün sahələrini əhatə edən 200-dən artıq elmi və akademik mövzu üzrə məruzələr, şifahi təqdimatlar və elektron poster təqdimatları dinləniləcəkdir.
Qeydiyyat və ödəniş üçün müvafiq keçid (link) əlavə olaraq təqdim olunacaqdır.
Azərbaycan Ortopediya Cəmiyyətinin üzvlərinin və rezidentlərinin güzəştli qeydiyyat imkanından yararlanmaları üçün Cəmiyyətin katibi, Dr. Elçin Orucov ilə əlaqə saxlamaları xahiş olunur. Konqreslə bağlı bütün əlavə suallar üzrə də Dr. Elçin Orucov
(+994103810101) tərəfindən ətraflı məlumat veriləcək və kömək göstəriləcəkdir.
Kongress Səhiyyə Nazirliyi tərəfindən yüksək bal ilə dəyərləndiriləcək.
Hörmətlə,
Azərbaycan Ortopediya Cəmiyyəti